son dəqiqə SON DƏQİQƏ
Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı AMADA-nın icraçı direktoru tələbələrlə görüşüb "Bununla kifayətlənməyəcəyik" Liqa mərhələsini təmin edən klubların adı müəyyənləşdi

ÇSKA-nın baş məşqçisi: “Bərabərlik bizim üçün yaxşıdır”

Bölmə adı Avropa Liqası
Yayımlandı 23-07-2026, 22:28

UEFA Avropa Liqasının II təsnifat mərhələsində səfərdə "Qarabağ"ın qonağı olan Bolqarıstan təmsilçisi ÇSKA 0:0 hesablı heç-heçə edib.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ÇSKA-nın baş məşqçisi Hristo Yanev oyun haqda fikirlərini bölüşüb:

- Nəticəyə görə təbriklər. Cavab görüşündən nə gözləyirsiz?

- Bizim üçün bu oyun çox vacib idi. Futbolçular özlərini çox yaxşı gördülər. Revanş matçında da belə davam edəcəklər. Bütün futbolçular çox motivasiyalı idilər. Onların ailələri də oyuna baxır, izləyir.

- "Qarabağ" "Slaviya"dan daha güclü rəqibdir. Niyə bu gün zəif çıxış etdiniz?

- Hər komandaya hörmətlə yanaşırıq. Hər dəfə planlaşdırdığımız kimi olmur. Sadəcə qarşımızda məqsəd var. Qarşıdakı matçı da udmaq istəyirik ki, mərhələ adlayaq.

- Bolqar jurnalistlər siz zala daxil olarkən, sizi alqışladılar, heç-heçəyə görə sizi təbrik edirlər. "Qarabağ"la səfərdə heç-heçə sizin üçün bu qədər böyük nəticədir?

- "Qarabağ" çox güclü klubdur. Hər kəs bunu bilir. Biz də bunu başa düşürük. "Qarabağ"ın futbolçuları çox güclüdür. Buna görə də düşünürdülər ki, vəziyyət başqa cür də ola bilər. Bərabərlik bizim üçün yaxşıdır.

- Fasilədə futbolçularınıza nə dediniz?

- "Qarabağ"ın oyunçuları çox güclü oynayırdılar. Fasilədə futbolçularıma dedim ki, ehtiyatlı oynasınlar. Danışdıq ki, elə oynayaq, qol buraxmayaq. Bunların hamısını nəzərə alaraq, hücum da etdik. Amma daha çox qol buraxmamağa çalışırdıq.

- UEFA-nın cəzasına görə, Bakıdakı matçda azarkeşləriniz olmadı. Sofiyadakı görüşdə isə fanatlarınız öz yerini alacaq. Bu məqam emosional olaraq, sizə nə dərəcədə kömək edəcək?

- Azarkeşlərimiz bizə həmişə dəstəkdir. Bakıda olmasalar belə..Cavab matçında azarkeşlərin dəstəyi olacaq. Onlar bizi irəli səsləyəcək.

- Cavab görüşü haqda fikriniz necədir? O oyuna necə hazırlaşacaqsız?

- Sxemdə dəyişiklklər olacaq, öz səhvlərimizi bilirik. Həmin mövqelərdə düzəlişlər ediləcək. Stadion tam dolu olacaq. Revanş oyununa çox ümidliyik. Qalib olacağımıza çox inanırıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR