son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Hüseyn Məhəmmədov "Neftçi"nin mərhələ keçəcəyinə inanır - AÇIQLAMA

Bölmə adı Neftçi
Yayımlandı 23-07-2026, 17:19

"Neftçi" 3 illik fasilədən sonra Avropa səhnəsinə qayıtdı.

Komanda UEFA Konfrans Liqasında keçirdiyi ilk oyunda "Dinamo"ya (Minsk) uduzdu (2:4).

Görəsən, paytaxt təmsilçisi hansı səhvlər ucbatından Belarus klubuna məğlub oldu?

Ümumilikdə, "Neftçi"nin Konfrans Liqasının əsas mərhələsində iştirak şansı nə qədərdir?

Suallarımızı Azərbaycan millisinin keçmiş üzvü Hüseyn Məhəmmədova ünvanladıq.

O, Sport1.az-a açıqlamasında "ağ-qaralar"ın oyuna yaxşı başladığını söylədi:

"Neftçi" 3 ildən sonra Avropa səhnəsinə geri döndü. Görünən odur ki, ilk dəqiqələrdəki qollardan sonra onlarda müəyyən arxayınlıq yarandı.

Bəlkə də, düşündülər ki, rəqibi rahatlıqla məğlub edəcəklər. Həm də birinci hissənin son dəqiqələrində Emil Balayevin kobud səhvindən sonra hesabın 2:1 olması komandaya müəyyən dərəcədə təsir etdi.

Oyuna baxanda görünürdü ki, "Neftçi"də əhval-ruhiyyə yüksək səviyyədədir. Özünüz də yaxşı bilirsiniz ki, klub rəhbərliyi komandanı lazımi səviyyədə - həm mənəvi, həm də maddi cəhətdən hərtərəfli dəstəkləyir. Əslində, futbolçular bunun qarşılığını verməli idilər. Çalışdılar, amma bu, futboldur".

Məhəmmədov Bakı təmsilçisinin rəqibindən qat-qat üstün olduğunu bildirdi:

"Əlbəttə, hər bir komanda qələbə qazanmaq istəyir. "Dinamo" da bura uduzmaq üçün gəlməmişdi. Buna baxmayaraq, "Neftçi"nin qalib gəlməsi vacib idi. Çünki yaradılan şərait və diqqət rəhbərlik tərəfindən həqiqətən də yüksək səviyyədədir. Hətta büdcə və şərait baxımından "Neftçi" Minsk təmsilçisindən qat-qat üstündür.

Böyük ehtimalla, bunun qarşılığını ikinci oyunda verməyə çalışacaqlar və mütləq verməlidirlər. "Neftçi" köklü və ad-sanlı klubdur. Doğrudur, "Dinamo" da Sovet dövründə tanınmış komandalardan olub. Amma bu gün "Neftçi"nin şəraiti və rəhbərlik səviyyəsindəki diqqəti daha yüksəkdir. Ümid edirik ki, ikinci oyunda qalib gələrək mərhələni adlayan tərəf "Neftçi" olacaq".

Paytaxt klubunun sabiq üzvü baş məşqçi Yuri Vernidubdan da söz açdı:

"Bu, futboldur. Dediyim kimi, hər iki komanda qalib gəlmək üçün oynayır. "Neftçi" növbəti mərhələyə yüksələ bilər. Niyə də olmasın? Futbolçular çalışacaqlar ki, ikinci oyunda daha diqqətli olsunlar, səhvlərə yol verməsinlər. TFikrimcə, rəqib "Neftçi"ni əks-hücumlarda tutdu. Yəqin ki, məşqçi də bu oyuna baxıb nəticə çıxarıb. Ümid edirəm ki, bir daha bu səhvlərə yol verməyəcəklər. Çalışacaqlar ki, üçüncü mərhələyə keçsinlər".

Xatırladaq ki, "Neftçi"nin "Dinamo" (Minsk) ilə cavab oyunu iyulun 30-da baş tutacaq.

HƏLİMƏ ƏLİYEVA

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR