"Araz-Naxçıvan" daha bir legionerlə anlaşıb.
Sport1.az xəbər verir ki, qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu müxtəlif illərdə "Satellite", "Kaloum", "Qanqan", "Neftçi" (2021-2022, icarə), "Olimpiakos", "Rodina Moskva", "Auda", "Etnikos" klublarında çıxış edib.
Sonuncu klubu isə Kiprin "Pafos" komandası olub.
Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub.
O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.