Premyer Liqanın debütantı "Şəfa" niderlandlı müdafiəçi transfer etdi.
Sport1.az xəbər verir ki, klub Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalayıb.
25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda "Priştina" klublarının formasını geyinib.
Kristofer Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.