son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Arif Əsədovdan "Sabah"a xəbərdarlıq - AÇIQLAMA

Bölmə adı Sabah
Yayımlandı 22-07-2026, 15:39

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazandı.

Valdas Dambrauskasın komandası II təsnifat mərhələsinin ilk matçında "KuPS"u evdə məğlub edib (1:0).

Qarşılaşma ilə bağlı Azərbaycan milli komandasının keçmiş üzvü, veteran futbolçu Arif Əsədovun fikirlərini öyrəndik.

Mütəxəssis Sport1.az-a açıqlamasında "bayquşlar"ın matçın final fitinə qədər ərazi üstünlüyünə sahib olduğunu söylədi:

"Təmsilçimiz olduqca çox qol epizodları yaratsa da, təəssüf ki, bunların yalnız birindən yararlandı.

Oyunun gedişatına əsasən, rəqib buradan bir xalla da ayrıla bilərdi. Bütün bunlara baxmayaraq, "Sabah" layiqli qələbə qazandı. Lakin bu, hələ növbəti mərhələyə adlamaq anlamına gəlmir.

Çünki səfər matçında təmsilçimizi bəzi çətinliklər gözləyə bilər: sintetik örtüklü meydança, azarkeş təzyiqi və uzaq səfərin yorğunluğu...

Uels təmsilçisi TNS ilə oyunda da "Sabah"ın 15-20 dəqiqə ərzində bənzər çətinliklərlə üzləşdiyini görmüşdük".

Əsədov "Sabah"ın həm oyun baxımından, həm də futbolçuların keyfiyyətinə görə rəqibindən daha üstün olduğunu söylədi:

"Bu rəqib komanda Uels təmsilçisindən fərqli olaraq, daha açıq futbola üstünlük verirdi. Səfərdə oynamaqlarına baxmayaraq, hücuma 5-6 futbolçu ilə qoşulurdular.

Bu da müdafiənin mərkəzində və arxa xətdə boşluqların yaranmasına səbəb olurdu. Düşünürəm ki, "Sabah" səfərdə də analoji halla üzləşəcək.

Rəqib hücum etməyə və evdə oynadığı üçün təzyiq göstərməyə çalışacaq. Bu məqam "Sabah"ın lehinədir. Həmin epizodlardan maksimum istifadə etmək olar.

Cavab matçında ələ düşən imkanlardan tez bir zamanda yararlanmaq lazımdır ki, sonradan problemlə üzləşməyək".
Xatırladaq ki, "KuPS" - "Sabah" cütü arasında baş tutacaq cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.
HƏLİMƏ ƏLİYEVA

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR