son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Andradenin "Polessye"yə keçidində "Qarabağ"lı oyunçunun da rolu olub

Bölmə adı Qarabağ
Yayımlandı 22-07-2026, 14:19

"Futbolçu kimi qələbələr qazanmaq istəyən və baxımlı futbol oynayan komanda axtarırdım. Bu klubun ötən mövsüm keçirdiyi oyunların icmallarını da izləmişəm".

Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan "Polessye"yə keçən Leandro Andrade deyib.

Kabo Verdedən olan futbolçu Ukrayna təmsilçisinin də onun transferi üçün israrlı olduğunu söyləyib:

"Klub mənim buraya gəlməyimi çox istəyirdi. Bildiyimə görə, irəli getmək üçün lazım olan hər şeyimiz var. Komanda topa çox nəzarət edir və yüksək pressinq tətbiq edir.

Dörd il yarım ərzində mənim üçün evə çevrilmiş yeri tərk etmək asan deyildi. Orada ömürlük dostlar qazandım və azarkeşlərin böyük sevgisini hiss etdim.

Onlar məni tez-tez "qızıl oğlan" adlandırırdılar. Avropada qalmaq və inkişaf etməyə çalışan klubda çıxış etmək istəyirdim.

Burada oynamış bəzi futbolçularla danışdım. Onların dedikləri klub haqqında daha yaxşı təsəvvür formalaşdırdı və qərarıma ciddi təsir göstərdi".

26 yaşlı oyunçu "Polessye"yə keçidində sabiq komanda yoldaşı Aleksey Kaşukun da rolunun olduğunu dilə gətirib:

"O dedi ki, Ukrayna çox gözəl ölkədir, insanlar mehribandır və özümü evdəki kimi hiss edəcəyəm.

"Qarabağ"da çalışan ukraynalı fizioterapevt də tərəddüd etmədən bu addımı atmağımı tövsiyə etdi".

Xatırladaq ki, Ağdam təmsilçisi Andradenin transferindən transferindən 3 milyon avro qazanıb.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR