Valdes yenidən baş məşqçi oldu

Bölmə adı Futbol
Yayımlandı 25-04-2025, 17:40

İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes yenidən futbola qayıdıb.

Sport1.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniya 4-cü liqasında çıxış edən "Real Avila" klubunda baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Valdeslə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Valdesin son iş yeri 2020/21 mövsümündə çalışdırdığı "Orrta" klubu olub.

Müəllif: Sport1.az