son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

“Neftçi” yeni veb saytını təqdim edir

Bölmə adı Neftçi
Yayımlandı 22-07-2026, 11:59

"Neftçi" rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsi olaraq, tamamilə yenidən qurulmuş rəsmi veb saytını təqdim edir.

Sport1.az xəbər verir ki, yeni platforma sadəcə vizual yenilənmə deyil; sayt arxitekturadan dizayna, verilənlər bazasından təhlükəsizlik sisteminə qədər sıfırdan, müasir texnologiyalar üzərində inşa edilib.

Saytın dizaynı klubun brend kimliyinə uyğun olaraq tamamilə yenidən düşünülüb: premium tünd interfeys, dinamik ana səhifə və klubun rənglərini əks etdirən zəngin vizual dil “ağ-qaralar”ın ruhunu yaşadır.

İstifadəçilər gecə və gündüz rejimləri arasında seçim edə bilərlər.

Ana səhifədəki canlı geri sayım paneli növbəti oyunun rəqibini, məkanını və başlanmasına qalan vaxtı real rejimdə göstərir.

Yenilənmiş turnir cədvəli modulu A komanda ilə yanaşı, "Neftçi-2", U-10-dan U-19-a qədər bütün yaş qrupları və qızlar komandaları daxil olmaqla 14 komandanın nəticələrini bir ekranda təqdim edir.

Xəbərlər bölməsi kateqoriyalar üzrə filtrasiya və müasir kart dizaynı ilə, "Neftçi TV" isə klubun bütün video kontentini bir mərkəzdə toplayan formatda yenidən qurulub.

Klubun 1937-ci ildən başlayan şanlı tarixi və nailiyyətləri interaktiv "Tarix" bölməsində canlandırılıb.

Bilet satışı platforması və rəsmi onlayn mağaza sayta tam inteqrasiya olunub, platforma "App Store" və "Google Play"də yayımlanan rəsmi "Neftçi PFK" mobil tətbiqi ilə vahid rəqəmsal ekosistem təşkil edir. Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Yenilənmənin əsas səbəblərindən biri köhnə texnoloji bazanın rəsmi dəstək müddətinin bitməsi idi.

Yeni sayt "PHP 8.2" və "Laravel 11" üzərində qurulub, verilənlər bazası indekslənmiş və normallaşdırılmış strukturlu "MySQL 8"ə keçirilib.

Layihənin dizaynı, texniki arxitekturası və proqramlaşdırılması Azərbaycanın aparıcı rəqəmsal agentliklərindən olan "ONE Studio" tərəfindən həyata keçirilib.

16 illik təcrübəyə malik "ONE Studio" veb saytların hazırlanması, mobil tətbiqlərin yaradılması, brendinq, dizayn, SEO və rəqəmsal marketinq sahələrində tam spektrli xidmətlər göstərir.

Agentliyin portfoliosunda korporativ sektordan e-ticarətə qədər yüzlərlə uğurlu layihə yer alır.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR