son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Vernidub: "Əsas arzum yubiley ilində "Neftçi"nin ölkə çempionu olmasıdır"

Bölmə adı Neftçi
Yayımlandı 21-07-2026, 15:38

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo"ya (Minsk, Belarus) qarşı keçirəcəkləri oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, mütəxəssis jurnalistlərin ünvanladıqları sualları cavablandırıb:

Yaşıl meydanlardan kənarda da bir mübarizəniz var. Rəqibin də haranı təmsil etdiyi məlumdur. Bu, sizin üçün xüsusi əhəmiyyət daşıyır?

- Fərq yoxdur. Arzum var ki, “Neftçi” yubileyində ölkə çempionu olsun. Komanda buna layiqdir, böyük tarixi var. Bu hədəfə çatmaq üçün çalışacağıq. Konfrans Liqasında da əsas mərhələyə düşmək istəyirik. Bu turnirdə heç vaxt məşqçi kimi çalışmamışam. Mənim üçün də ilk təcrübə olacaq. Kifayət qədər hazırlaşmışıq. “Dinamo” ölkəsinin çempionudur və hazırda liqalarında ciddi rəqabət var. Bu, onlara bir az üstünlük verir. Əlimizdən gələni edəcəyik, çalışacağıq ki, mərhələ adlayacaq.

Heyətiniz çempionluq üçün yetərlidir?

- Transferlərə də baxırıq, işlər gedir. Əsas odur ki, heyətin özəyini qorumuşuq. 100 faiz yeni transferlər olacaq. Hazırda üç qapıçı və iyimi oyunçumuz var. Bilirik ki, yeni futbolçuların da gəlməsi hədəflərə çatmağımıza kömək edəcək.

Potensial rəqibin “Braqa” olması transfer planlarında dəyişikliyə səbəb olacaq?

- Bu sual rəhbərliyə ünvanlanmalıdır. Komandanın özəyini saxlamışıq. Bəzi mövqelər var ki, oranı daha gücləndirmək lazımdır. Klub rəhbərliyi ilə daim danışırıq. Transfer məsələləri asan deyil. Elə oyunçular gəlməlidir ki, bizi gücləndirə bilsin.

Cütün favoriti kimdir?

- Çətin sualdır. Hər komanda özünü ən yaxşı hesab edir. Oyunun nəticəsinə əsasən deyə bilərik ki, kim favoritdir.

Uğurlu start üçün meydanda həlledici amil nə olacaq?

- Ən yaxşı oynayan komanda qalib tərəf olacaq. Öz adımdan onu deyə bilərəm ki, əlimizdən gələnin maksimumunu edəcəyik.

"Dinamo" I təsnifatda məğlub olsa da, cavab görüşündə qələbə qazanaraq, mərhələ adladı. Minsklilərin ilk oyunda "Sileks"ə uduzması sizi təəccübləndirdi?

- Çətin oyun keçmişdi. "Sileks"in demək olar, 3 müdafiəçisi "qapı"nı bağlamışdı. Cavab görüşündə isə "Dinamo"nun bəxti gətirdi.

Sabah fərqli "Neftçi" görəcəyik?

- Gəlin, sabahı gözləyək.

Hansı mövqelərə transfer istəyirsiniz?

- Bu məsələ məndə qalsın. Transferlər olanda görəcəksiniz.

Hədəflər böyükdür. Heyət keyfiyyətdən savayı, kəmiyyətdə də buna uyğun gəlir?

- Yeni transferlərdən razıyam. Kəmiyyət olaraq da sayın artmasına çalışırıq. “Neftçi”nin ən yaxşı oyununu göstərməyi üçün əlimizdən gələni edəcəyik.

Azarkeşlərin sizdən gözləntiləri böyükdür. "Şerif"də işləyən zaman da "Braqa"ya qalib gəlmişdiniz. Bu, sizdə təzyiq yaratmır?

- Düzü, təzyiqi hiss etmədim. Azarkeşlərin tələbkar olması normaldır. Sən yaxşı olanda, hər kəs səni sevir.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR