son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Neftçi"nin kapitanı: "Bu məsələ bizim üçün çox gözlənilməz oldu"

Bölmə adı Neftçi
Yayımlandı 21-07-2026, 15:20

"Neftçi"nin futbolçusu Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo"ya (Minsk, Belarus) qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı jurnalistlərin suallarını cavablandırıb:

"Turan Tovuz" məsələsindən sonra II mərhələdən başlayacağınız bilindi. Hazırlaşa bildiniz?

- Bu məsələ bizim üçün də gözlənilməz oldu. Hazırlaşmağa vaxtımız var idi. Yaxşı oyun göstərməli və qələbə qazanmalıyıq.

Gələn il klubun yubileyidir. Hədəf çempionluq və Konfrans Liqasında əsas mərhələyə qalmaqdır. Hədəflərə çatmaq mümkün olacaq? Çünki növbəti rəqibiniz böyük ehtimalla güclü “Braqa” olacaq…

- Yubileyə görə motivasiyamız var. Bizim üçün vacib mövsüm olacaq. “Braqa”nı və ya başqa komandanı düşünmürük. Bütün diqqətimiz “Dinamo”dadır. Yaxşı futbol oynayırlar və fikrimiz matçdadır. Bu oyundan sonra növbəti rəqib haqda düşünəcəyik.

Əvvəlki mövsümlərdən fərqli olaraq, bu dəfə düşərgədə atmosfer necədir?

- Həmişə inamımız olub. Bəzi mövsümlərdə qruplara qalmaq üçün yaxşı şansımız var idi. İndi də düşünürük ki, oyundan-oyuna hazırlaşaq. Bəzən bəxtsizliklərimiz də olmuşdu. “Rapid”lə oyunda şans bizdən yana deyildi. Ümumi götürəndə, düşünürəm ki, bu il daha yaxşı nəticə göstərməliyik.

Oyundan əvvəl açıq məşqdə azarkeşlər yaxşı atmosfer yaratmışdı. Bu, sizə motivasiya verəcək?

- Möhtəşəm ab-hava yaratmışdılar. Fanatlara təşəkkür edirəm. Əlimizdən gələni etməliyik ki, daha çox sevinsinlər. Bizə çox dəstək olur, motivasiya verirlər.

Kapitan kimi necə düşünürsən, “Neftçi” nə dərəcə dəyişib?

- Bu mövsüm heyətdə çox dəyişiklik olmayıb. Demək olar, heyət və məşqçi eynidir. Stabillik olduğunu düşünürəm. Daha yaxşı olacağımızı fikirləşirəm.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR