son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Belə qarşılaşmalarda hesab önəmli olmur, hər şey plan üzrə davam edir"

Bölmə adı Araz-Naxçıvan
Yayımlandı 21-07-2026, 14:21

"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov toplanışın ilk mərhələsini dəyərləndirib.

Sport1.az xəbər verir ki, o, hazırlığın plan üzrə getdiyini söyləyib.

Mütəxəssis "Araz-Naxçıvan"ın əsas komandası ilə əvəzedicilərdən ibarət komandasının yoxlama matçı (11:2) barədə fikir bildirib:

"Əvvəlcədən də bildirmişdik ki, hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. Bu mərhələdə daha çox fiziki hazırlığa yer ayırdıq. Təbii ki, bir yoxlama oyunu keçirməyi də planlaşdırmışdıq. Əvəzedici komanda ilə oyun planın tərkib hissəsi idi. İstədik ki, futbolçular məşq prosesində çalışdığımız bəzi taktiki tapşırıqları oyunda bizə qaytarsınlar. Onların verilən tapşırıqları necə qəbul etdiklərini praktiki yoxladıq. Əlbəttə, belə oyunlarda hesab önəmli olmur. Ümumi götürsək, hər şey planlaşdırdığımız kimi keçdi".

Hüseynov futbolçuların hazırlıq səviyyəsindən razı olmadığını açıqlayıb:

"Təbii ki, hazırlıq yeni başlayıb və indiki məqamda onların hazırlıq səviyyəsindən tam razı qala bilmərik. İndiki məqamda dediklərimizi bizə olduğu kimi qaytaracaqlarını gözləmirdik. Həftəlik hazırlıq dövründə məşqlərdə üzərində çalışdığımız taktiki tapşırıqlar var idi ki, onları praktikada yoxlamağa çalışdıq. Oyunu analiz edib, səhvləri göstərəcəyik ki, növbəti görüşlərdə bunu təkrarlamasınlar".

Çalışdırıcı klubun transferlərindən də söz açıb:

"Transfer çalışmalarını 90 faiz icra etmişik. Bəzi mövqelər var ki, oranı gücləndirmək istərdik. Yaxın günlərdə heyət tam komplektləşəcək".

Baş məşqçi komandasının "İmişli" ilə növbəti yoxlama oyunundan danışıb və yeni mövsümün startındə məhz bu kollektivlə qarşılaşacaqlarını dilə gətirib:

"Elə də sıxıntılı məqam yoxdur. Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində hansısa problem görmədiklərini dedilər. Bu görüşdə də çalışacağıq futbolçuları iki 45 dəqiqədə yoxlayaq. Taktiki planda müəyyən tapşırıqlar olacaq. Yenə deyirəm, belə oyunlarda nəticə yox, meydanda görəcəyimiz iş vacibdir".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR