son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Dambrauskas: “Gözləntilərimiz yüksəkdir”

Bölmə adı Sabah / Çempionlar Liqası
Yayımlandı 20-07-2026, 18:43

"Sabah" UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Bank Respublika Arena"da Finlandiyanın "KuPS" klubunu qəbul edəcək.

Sport1.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Gözləntilərimiz yüksəkdir. Heyətdə zədəli futbolçu yoxdur, hamı sabah oynamağa hazırdır. Hər zamankı yanaşmamızla meydana çıxmalıyıq. Ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışmalıyıq. Özümüz üçün, azarkeşlərimiz üçün sabah qalib gəlməliyik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

- "Sabah"ın gücü Çempionlar Liqasında hara qədər getməyə imkan verir?

- Bu barədə danışmaq üçün çox tezdir. Evdə oynayırıq, favoritik. Amma öz işimizi görməliyik. Kağız üzərində kimsə üstün görünə bilər. Amma meydançada bunu sübut metmək lazımdır. Bu yol çox uzundur. Hələ ki bu barədə danışmağın mənası yoxdur. İcazə verin sabahkı oyuna köklənək.

- "Sabah" optimal formaya nə vaxt çata bilər? Komandanın hazırkı durumu sizi qane edir?

- Əgər rəqib daxili çempiontlarında 16 oyundan sonra öz optimal formasına çatıbsa, mən bunu bizim üçün deyə bilməyəcəm. Ola bilər ki, 5 oyundan və ya 10 oyundan sonra istədiyimiz formaya çata bilək. Hər mövsüm, hər rəqib fərqlidir. Bu, çox vaxt bizim özümüzdən də asılıdır. Hansı heyətin, oyun planının seçilməsi önəmlidir. Bizim üçün ən önəmli oyun qarşıdan gələn oyundur.

- Hücum xəttində rəqabətin olması məsuliyyətini artırır?

- Bəli. Əlbəttə ki, rəqabət olmalıdır. Rəqabət varsa, məşqlərdə ən yaxşı performansımızı artırmalıyıq. Öz işimi görməliyəm. Daha çox qol vurmalıyam ki, baş məşqçi məni seçsin. "KuPS" çox güclü rəqibdir. Onları təhlil edirik. Çalışacağıq ki, ən yaxşı performansımızı göstərək. İnanıram ki, sabah qalib gəlkəcəyik.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR