son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Qarabağ" 2,5 milyon avro dəyəri olan, Dünya Çempionatında qol vurmuş oyunçu ilə maraqlanır - İDDİA

Bölmə adı Qarabağ / Gündəm / Manşet
Yayımlandı 17-07-2026, 17:18

"Qarabağ" heyətinə daha bir futbolçu cəlb etmək niyyətindədir.

Sport1.az-a daxil olan məlumata görə, "Makkabi"nin (Tel-Əviv, İsrail) 24 yaşlı sol cinah oyunçusu Helio Varela Ağdam təmsilçisinin diqqət mərkəzindədir.

Qurban Qurbanovun da Kabo Verdedən olan oyunçunun transferində israrlı olduğu deyilib.

Xarici KİV "atlılar"ın oyunçu üçün klubuna hələ rəsmi təklif göndərmədiyini bildirib.

Varelanın bazar dəyəri hazırda 2,5 milyon avro olaraq dəyərləndirilir.

O, keçən ilin sentyabrında 1,7 milyon avro qarşılığında "Gent"dən (Belçika) İsrail klubuna keçib.

"Qarabağ"la yanaşı, "Ferensvaroş" (Macarıstan), "Srvena Zvezda" (Serbiya), "Spartak" (Rusiya) və "Samsunspor" (Türkiyə) da gənc oyunçunun xidmətində maraqlıdır.

Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.

Xatırladaq ki, oyunçu yığma komandanın heyətində DÇ-2026-da 3 oyuna çıxıb və 1 qol vurub.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR