Bu gün Azərbaycan Premyer Liqasında yeni sezonun - 2026/27 mövsümünün püşkatma mərasimi baş tutacaq.
Sport1.az xəbər verir ki, tədbir saat 15:00-da "Holiday Inn" hotelində keçiriləcək.
Çempionatda "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz" və "Zirə" komandaları mübarizə aparacaq.
Ölkə çempionatında yeni mövsüm avqustun 14-də start götürəcək.