Cenk Sümer və Yuri Vernidub jurnalistlərin önünə çıxacaqlar

Bölmə adı Neftçi
Yayımlandı 15-07-2026, 17:35

"Neftçi"nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.

Sport1.az xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da "Palms Sports Arena"da başlanacaq.

Stadiona giriş sərbəst olacaq.

Saat 16:00-dan etibarən "Palms Sports Arena"da yerləşən rəsmi mağaza da qapılarını qonaqlar üçün açacaq.

Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

Açıq məşqə KİV nümayəndələri də dəvətlidir.

Onlar üçün məşqdən əvvəl "Neftçi" PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR