son dəqiqə SON DƏQİQƏ
Boksçumuzdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ●

Valdas Dambrauskas: "Əlimizdə materiallar, lazımi məlumatlar var"

Bölmə adı Sabah / Çempionlar Liqası
Yayımlandı 15-07-2026, 11:13

"İlk növbədə futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və "Sabah" azarkeşlərini II təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, ən vacib məqam məhz budur".

Sport1.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS ilə cavab matçından sonra (2:1) keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq".

Litvalı mütəxəssis Uelsdə baş tutan matçı belə şərh edib:

"Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə bir, daha sonra isə ikinci qolu vurduq.

Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı.

Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar".

Çalışdırıcı turnirin II təsnifat mərhələsində qarşılaşacaqları Finlandiyanın KuPS kollektivi ilə keçiriləcək matçlardan da söz açıb:

"Gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim.

Əlbəttə, KuPS-un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik.

Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR