SON DƏQİQƏ
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sport1.az xəbər verir ki, komanda Portuqaliyanın “Paredes” klubundan mərkəz müdafiəçisi Rui Paçeko heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu növbəti iki mövsümü Premyer Liqa təmsilçisində keçirəcək.