UEFA Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" I təsnifat mərhələsinin cavab oyunu üçün İslandiyaya yollanıb.
Sport1.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə "Vestri" ilə üz-üzə gələcək.
Duel iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi Bakıda baş tutan ilk qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.