UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo" qarşılaşması "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
Sport1.az xəbər verir ki, azarkeşlər oyunu telekanalın sosial şəbəkə hesablarından da canlı izləyə biləcəklər.
İlk matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb
Cavab oyunu iyulun 16-da Kutaisidəki "Ramaz Şengelia" stadionunda oynanılacaq.