son dəqiqə SON DƏQİQƏ
Boksçumuzdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ●

"Yenilərin sayəsində güclənmişik"

Bölmə adı Neftçi
Yayımlandı 14-07-2026, 10:58

"Təlim-məşq toplanışı yaxşı keçdi. Uşaqlar kifayət qədər yaxşı fiziki yüklənmə aldılar. “Osiyek”lə keçirdiyimiz oyun mənə hər şeydən çox xoş təsir bağışladı. Çünki bu matçda həm intensivlik, həm də sürət var idi".

Sport1.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Mütəxəssis "ağ-qaralar"ın Sloveniya toplanışını dəyərləndirib:

"Görünür ki, futbolçular tədricən lazımi səviyyəyə çatırlar. Məğlub olmağımız psixoloji baxımdan müəyyən çətinlik yarada bilər. Bununla belə, hesab edirəm ki, ən vacib məsələ bu deyil. Əsas odur ki, təlim-məşq toplanışını, demək olar, zədəsiz başa vurduq. Hamı sağ-salamatdır. Artıq Bakıya qayıdırıq. Futbolçulara istirahət verəcəyik. Daha sonra isə ayın 23-də keçiriləcək oyuna hazırlaşacağıq. Rəqibimizin kim olacağını ayın 16-da öyrənəcəyik. Düşünürəm ki, hər şey plan üzrə gedir".

O, yeni transferlər haqda təəssüratlarını bölüşüb:

"Yeni transferlərin komandaya necə uyğunlaşması mənim xoşuma gəlir. Onlar yaxşı anlaşırlar. Fikrimcə, yenilərin sayəsində güclənmişik. Bu mənada, heyətdə qalan futbolçuları da qeyd etməliyəm. Komandanın özəyi var. Bununla belə, düşünürəm ki, heyətimizi komplektləşdirməyə ehtiyac var. Çünki elə mövqelər var ki, Allah eləməsin, kimsə zədələnsə, dərhal problemlər yarana bilər. Buna görə də bu istiqamətdə işləyirik. Əlimizdən gələni edəcəyik ki, komandamıza daha gənc və onu gücləndirə biləcək oyunçular cəlb edək".

Yuri Vernidub paytaxt təmsilçisinin UEFA Konfrans Liqasına hazır olduğunu deyib:

"Hesab edirəm ki, tam hazırıq. Çünki yaxşı təlim-məşq toplanışı oldu. Bakıda keçirdiyimiz 8 gün ərzində hazırlığımızın təməlini qoyduq. 4 yoxlama oyunu keçirdik - 1-də qalib gəlib, 3-də məğlub olduq. Deyə bilərəm ki, rəqiblərimiz kifayət qədər güclü komandalar idi. "Partizan" və ÇFR (Kluj) də Konfrans Liqasında çıxış edəcəklər.

"Osiyek" isə Xorvatiya çempionatında, adətən üst sıralarda yer alan klubdur. Hazırda onların müəyyən maliyyə problemləri var və buna görə ötən mövsümü istədikləri kimi keçirə bilməyiblər. Buna baxmayaraq, çox möhkəm komanda olduğu görünür. Xorvatiyada futbol məktəbi həmişə yüksək səviyyədə olub. Buna görə də düşünürəm ki, hər şey qaydasındadır. Ən əsası odur ki, hamımız evə sağ-salamat qayıdırıq. Mənim üçün ən vacib olan da budur".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR