"İmişli" növbəti transferini açıqlayıb.
Sport1.az xəbər verir ki, bölgə klubu 23 yaşlı qapıçı Yusif İmanovu heyətinə cəlb edib.
Gənc qolkiperlə 2+1 illik müqavilə imzalanıb.
Yusif 2025/26 mövsümünü "Kəpəz"də keçirib.
O, karyerası ərzində "Sabah" və "Malişeva" (Kosovo) klublarının da formasını geyinib.