
Almaniyanın “Herta” klubu azərbaycanlı futbolçu Raul Süleymanovla peşəkar müqavilə bağlayıb.
Sport1.az xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycanın U-21 millisinin üzvü 2-ci Bundesliqa təmsilçisi ilə sözləşmə imzaladığı üçün qürur hissi keçirdiyini vurğulayıb:
“Etimada görə təşəkkür edirəm. “Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Raul Süleymanov "Herta”nın gənclərdən ibarət komandasında çıxış edirdi.