
“Qarabağ”ın sabiq futbolçusu Julio Romao “Ferentsvaroş”dan ayrılıb.
Sport1.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Romao Macarıstan klubu ilə vidalaşıb.
Yarımmüdafiəçinin adı Rusiyanın “Axmat” klubu ilə hallanır.
Julio 2022-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, ötən ilin yayında “Ferentsvaroş”a keçmişdi.