
"Beşiktaş" Türkiyə millisinin futbolçusu Salih Özcanı heyətinə qatdığını açıqlayıb.
Sport1.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün axşam saatlarında İstanbula gələcək.
Xatırladaq ki, Salih Özcan son olaraq Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edib.