
“Zirə”dən ayrılan Eldar Quliyev karyerasını Gürcüstanda davam etdirəcək.
Sport1.az xəbər verir ki, futbolçu bu ölkənin “İberiya 1999” klubu ilə anlaşıb. O, yeni komandasına azad agent kimi qoşulub.
Üç ildir “qartallar”da çıxış edən Eldar komanda ilə bütün turnirlərdə 94 oyun keçirib, 2 qol vurub və 6 assist edib.
O, bir dönəm Azərbaycan U-16 millisinin üzvü olub.