"Ayaks"a qayıtdı

Bölmə adı Futbol / Digər Liqalar
Yayımlandı 8-07-2026, 16:06

Niderlandın "Ayaks" klubu müdafiəçi Deyli Blindin transferini rəsmən elan edib.


Sport1.az xəbər verir ki, 36 yaşlı futbolçu "Jirona"dan ayrıldıqdan sonra azad agent kimi Amsterdam təmsilçisinə qoşulub. Onunla 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.


Bu, Blindin "Ayaks"a dördüncü gəlişidir. O, ilk dəfə 9 yaşında klubun akademiyasına qoşulub və 2008-ci ildə əsas komandada debüt edib. Daha sonra 2010-cu ildə "Qroningen"dəki icarədən qayıdıb, 2018-ci ildə isə "Mançester Yunayted"dən transfer olunaraq yenidən Niderland klubunun formasını geyinib.


Qeyd edək ki, Blind "Ayaks"ın heyətində 333 oyunda 13 qol vurub. O, klubla 7 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə isə Superkuboku qazanıb. Təcrübəli müdafiəçi karyerası ərzində "Mançester Yunayted", "Bavariya" və "Jirona"nın da formasını geyinib.

OXŞAR XƏBƏRLƏR