32 yaşlı qapıçı İtaliya klubunda - RƏSMİ

Bölmə adı İtaliya
Yayımlandı 8-07-2026, 23:26

Milan təmsilçisi “İnter” heyətini yeni qapıçı ilə gücləndirib.


Sport1.az xəbər verir ki, A seriyası klubu İvan Provedelin transferini rəsmən açıqlayıb. 


32 yaşlı qolkiper “Latsio”dan “İnter”ə keçib və onunla 2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.


Transferin dəyəri 3 milyon avro təşkil edib.


Provedel 2022-ci ildən “Latsio”nun formasını geyinirdi. O, ötən mövsüm A seriyasında 27 matçda meydana çıxıb və qapısında 27 top görüb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR