“Trabzonspor”un futbolçusu Super Liqada klubunu dəyişdi

Bölmə adı Türkiyə
Yayımlandı 8-07-2026, 19:34

"Trabzonspor"un futbolçusu Serdar Saatçının yeni klubu bəlli olub.


Sport1.az xəbər verir ki, müdafiəçi Super Liqaya yeni yüksələn "Çorum"a transfer olunub.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Razılaşmaya əsasən, 23 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.

Müəllif: Cahan