son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

500-cü oyun, 550-ci qol

Bölmə adı Futbol / Konfrans Liqası
Yayımlandı 9-07-2026, 13:31

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.


Sport1.az xəbər verir ki, Sumqayıtda baş tutan oyun Azərbaycan klublarının Avropa miqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.


Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, UEFA Avropa Liqasında (əvvəl UEFA kuboku) 283, UEFA Konfrans Liqasında 63, Kuboklar kubokunda 8, İntertoto kubokunda 26 görüşə çıxıb. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanan klublarımız 112 heç-heçə edib və 229 dəfə uduzub.


Qitə kuboklarında debüt 1994/95 mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da “Turan” Türkiyədə “Fənərbaxça”ya 0:5 hesabı ilə uduzub.


“Zirə”nin futbolçusu Ruan Renatonun “Torpedo” ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.


Azərbaycan komandalarının ilk qolu 1995/96 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.


Qeyd edək ki, “Zirə” Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR