son dəqiqə SON DƏQİQƏ
Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqi məğlub edir ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ●

"Qarabağ"ın hücumçusu "Seltik"in düşərgəsində

Bölmə adı Futbol / Gündəm
Yayımlandı 8-07-2026, 12:55

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini təsdiqləyib.


Sport1.az xəbər verir ki, bu barədə məlumatı "BBC Sport" nəşri yayıb. Təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına bildirib.


“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir. Əgər bunu bu axşam (dünən axşam - red.) başa çatdırmasa, sabah səhər tamamlayacaq”, - deyə O’Nil bildirib.


Beləliklə, Kamilo Duranın artıq "Seltik"in düşərgəsində olduğu rəsmən təsdiqini tapıb.


Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.


Şotlandiya mətbuatının yazdığına görə, "Seltik" bu transfer üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödəyəcək. (Qol.az)

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR