
"Verder"in ev oyunlarını keçirdiyi Bremendəki "Vezerştadion" stadionunda iyulun 8-də tikinti işləri zamanı tribunaların yuxarı yarusunun bir hissəsi uçub.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zədələnmiş fraqment təxminən 1000 tamaşaçı yerini əhatə edir. Hadisə günorta saatlarında baş verib və klubun məlumatına görə, xəsarət alan olmayıb.
"Verder"dən tribunaların digər hissələrinin uçma təhlükəsinin olmadığını vurğulayıblar. Mütəxəssislər artıq dəymiş ziyanın qiymətləndirilməsinə və zədələnmiş hissənin bərpası planının hazırlanmasına başlayıblar.