Məşhur futbolçunun oğlu “İnter”də

Bölmə adı Futbol
Yayımlandı 8-07-2026, 14:32

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.


Sport1.az xəbər verir ki, “neradzurra” “Brügge”dən Aleksandar Stankoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.


“İnter” Stankoviçi 23 milyon avro qarşılığında heyətinə qatıb.


Dayaq yarımmüdafiəçisi “Neradzurra”nın yetirməsidir. O, 2025-ci ildə “İnter”dən “Brügge”yə keçmişdi.


Aleksandar serbiyalı keçmiş futbolçu Deyan Stankoviçin oğludur.

OXŞAR XƏBƏRLƏR