son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Millinin baş məşqçisi: "Dünya Kubokundakı çıxışımızla qürur duyuram"

Bölmə adı Basketbol
Yayımlandı 9-06-2026, 15:22

Bu oyunlardan sonra danışmaq çətindir, amma oyunçularımla qürur duyuram. Necə mübarizə apardıqlarını görmək həqiqətən qürurverici idi.


Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç yığmanın Dünya Kubokundakı nəticəsini şərh edərkən deyib.


Mütəxəssis turnirdə 4-cü yeri tutan komandanın çıxışını dəyərləndirib: “Ümid edirəm ki, Brianna Freyzerin zədəsi ciddi deyil və o, tezliklə sağalaraq yenidən bizimlə birlikdə meydançaya qayıdacaq. Bu hadisənin baş verməsi üzücüdür, amma idmanda belə şeylər təəssüf ki, olur. Eyni zamanda, yarımfinalın sonuna qədər tam heyətlə mübarizə aparmaq şansımızın olmamasına görə bir az məyusam. Çünki düşünürəm ki, həmin oyunda çox yaxşı çıxış edirdik. Hətta əvəzetmə imkanımız olmadan və turnirin ən yaxşı bombardirini son 4 dəqiqə və əlavə vaxtda itirməyimizə baxmayaraq, rəqibə çox ciddi müqavimət göstərdik. Buna görə komandamla qürur duyuram”.


O, Azərbaycan millisinin oyundan-oyuna inkişaf etdiyini vurğulayıb: “Yarış boyunca daha da yaxşılaşdıq və hər gün daha güclü komanda kimi görünürdük. İstədiyimiz nəticəni əldə edə bilmədik, amma göstərdiyimiz performansla qürur duyuruq və növbəti dəfə daha güclü şəkildə geri dönəcəyik”.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR