son dəqiqə SON DƏQİQƏ
Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - Premyer Liqa klublarının yay transferləri ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır"

Silva da “Qarabağ”dan gedir – özü açıqladı

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 9-07-2026, 09:29

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.


Sport1.az xəbər verir ki, sağ cinah müdafiəçisi Mateus Silva Ağdam klubunu tərk etməyi planlaşdırır. Bunu 28 yaşlı futbolçu özü ölkəsi Braziliya mətbuatına açıqlamasında deyib. O, karyerasını məhz vətənində davam etdirmək fikrində olduğunu gizlətməyib.


Silva karyerasını inkişaf etdirmək baxımından Braziliyaya qayıtmağın vacib addım olacağını düşünür: “Azərbaycanda yaşadıqlarıma görə minnətdaram. Amma düşünürəm ki, daha irəli getməliyəm və Braziliyaya qayıtmaq mənə çox cəlbedici görünür. Bu ilin əvvəlində Braziliya klublarından təkliflər aldım, lakin klub mövsümün davamı üçün komandada qalmağımı vacib saydı. İndi vəziyyət fərqlidir və özümü ölkəmdə yeni çağırışa daha hazır hiss edirəm”.


Qeyd edək ki, “Paraense”nin yetirməsi olan Mateus Silva 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. Müdafiəçinin ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR