Gürcü futbolçu İtaliya klubunda

Bölmə adı İtaliya
Yayımlandı 8-07-2026, 15:48

"Udineze" "Uotford"un gürcü yarımmüdafiəçisi Giorgi Çakvetadzeni transfer edib.


Sport1.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.


26 yaşlı Çakvetadze "Udineze" ilə müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.


Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm "Uotford"un heyətində Çempionşipdə 29 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Gürcüstan millisində 39 oyun keçirib və 10 qol vurub.


"Transfermarkt" portalı Çakvetadzeni 3,5 milyon avro dəyərində qiymətləndirir.