Türkiyə Kuboku: “Qalatasaray” finalda

Bölmə adı Futbol / Türkiyə
Yayımlandı 22-04-2025, 23:55

Futbol üzrə Türkiyə Kubokunda ilk finalçı məlum olub.

Sport1.az xəbər verir ki, yarımfinal oyununda "Konyaspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "cim-bom" adını finala yazdırıb.

Yarımfinalın digər görüşündə "Trabzonspor" "Göztepe" ilə qarşılaşacaq. Matç aprelin 24-də keçiriləcək.

Müəllif: Sport1.az