son dəqiqə SON DƏQİQƏ
Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək

Nazim Sadıxov Bakıda braziliyalı ilə döyüşəcək

Bölmə adı Döyüş
Yayımlandı 22-04-2025, 18:00

Yüngül çəkili azərbaycanlı döyüşçü Nazim Sadıxov iyunun 21-də Bakıda keçiriləcək UFC turnirində oktaqona qayıdacaq.

Sport1.az xəbər verir ki, "Qara qurd"un rəqibi braziliyalı Nikolas Motta olacaq.

Bu qarşılaşma dünyanın ən güclü döyüş liqasının nümayəndələri tərəfindən rəsmən elan edilib.

30 yaşlı Nazim Sadıxov artıq dörd döyüş keçirdiyi təşkilatda məğlub olmayıb. O, Evan Elder, Terrens Makkinni, İsmael Bonfimə vaxtından əvvəl qalib gəlib, rusiyalı Vyaçeslav Borşovla isə heç-heçə edib.

32 yaşlı Nikolas Motta ardıcıl iki döyüşdə qalib gəlib: Tom Nolanı texniki nokautlaməğlub edib və Maheşate Xaisaer ilə döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.

UFC-nin Azərbaycandakı debüt tədbirinin əsas hadisəsi amerikalı yarımağır döyüşçülər Camal Hill və Xalil Rountree arasında döyüş olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR