20:24 15.05.2026 117

Füzuli Məmmədov: “Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa…”

"karvan-Yevlax" Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Buna görə də futbolçuları motivasiya etmək çox çətin idi. Onları başa düşürəm. Amma oyuna hazır olmaq üçün çalışdılar. Bilirdik ki, gərgin matç olacaq. Evdə qalib gəlmək istəyirdik. Bunun üçün imkanımız var idi. Hesabda önə keçdik. Xırda səhvlərdən "Qəbələ" bizə qol vurdu. Rəqibi təbrik edirəm. Premyer Liqa səviyyəsində hər detala diqqət etmək lazımdır. Çox məyusam. Amma nə etmək olar? Həyat davam edir. Futbolçular isti havada əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm”.


- Birinci hissə sönük keçdi. Fasilədə futbolçulara hansı tapşırıqları verdiz?

- Birinci hissədə hücumda kəsərli oynaya bilmirdik. "Qəbələ"nin müdafiəçilər hücumlarımızın qarşısını çox asanlıqla alırdılar. İkinci hissədə dəyişikliklər etdik. Bundan sonra hücumda daha kəsərli olduq. Bu hücumların birində qol vurduq. Təəssüflər olsun ki, dərhal iki qol buraxdıq.


- "Karvan-Yevlax"ın baş məşqçisi postunda qalacaqsız?

- Çempionat davam etdiyi üçün rəhbərliklə bu barədə danışığımız olmayıb. Mövsüm bitdikdən sonra danışacağıq. Mayın sonuna qədər klubla müqaviləm var. Sona qədər işimi vicdanla görəcəyəm. Ondan sonra yəqin ki, rəhbərliklə görüşümüz olacaq. Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, burada qala bilərəm. Olmayacaqsa, digər təklifləri dəyərləndirməyə məcburam.


- Təklifiniz var?

- İndi bu haqda danışmaq düzgün olmaz. Hazırda klubla müqaviləm var. Təkliflər haqda danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Klubla danışıqlarımız uğurlu olsa, işimə davam edəcəyəm.


- Növbəti mövsümün planlarını qurmaq üçün gecikmirsiz?

- Elə düşünmürəm. Hələ bir oyunumuz qalıb. Sona qədər oynamalıyıq. Futbolçuların mayın sonuna qədər müqaviləsi var. Hamı borcunu vicdanla yerinə yetirməlidir. Mövsüm bitdikdən sonra hər şey rəhbərliyin istəyindən asılı olacaq.


- Komandada I Liqada oynamaq istəyən futbolçular var?

- Futbolçulara cəlbedici təklif etsək, oynayarlar. İddia olan yerdə qalmaq istəyərlər.


- Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundurlar?

- Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarda münasibətim hər zaman yaxşı olub. Hansısa oyunçu əsas heyətdə olmayanda soyuqluq yarana bilər. Bu münasibəti istiləşdirmək üçün maksimum çalışırıq. Ambisiyalı adamam, uğura acam. Heç vaxt bu qədər məğlub olmamışam. Qəbul edə bilmirəm. Keyfiyyət fərqini anlayıram. Amma yenə də futbolçuları qələbə üçün kökləyirəm.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

21:13

“Sabah”dan növbəti transfer - RƏSMİ

20:57

Millimiz Tacikistanı məğlub etdi

20:33

Yığmamızın ev oyunlarının məkanları açıqlanıb

20:13

“Sabah”dan ayrıldı - RUSİYA KLUBUNA KEÇDİ

19:52

Diniyev “Kəpəz”də - ÖZÜ AÇIQLADI

19:23

DÇ-2026: İngiltərə - Konqo - HEYƏTLƏR

18:58

Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

18:26

“Neftçi” səfər formasını təqdim etdi

18:00

Gəncə təmsilçisində yeni müqavilə

17:50

Tanınmış futbolçu klubsuz qaldı

17:31

Niderland millisi Arne Slota tapşırılır?

17:26

"Şəfa"dan ilk legioner transferi - RƏSMİ

17:07

"Beşiktaş"da ayrılıq - RƏSMİ

16:50

"Qarabağ" böyük hesabla uduzdu

16:29

Klub tarixinin transfer rekordu

16:15

İdmançılarımızın yeni reytinqi - SİYAHI

16:06

"Liverpul"dan transfer - RƏSMİ

15:47

"Barselona"da yeni müqavilə - RƏSMİ

15:31

Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina etdi

15:05

Millimizin oyunlarından biri Bakıda, digəri Gəncədə

14:50

17 qolsuz oyun

14:27

UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi

14:04

Dünya çempionatında 1/8 final üçün daha üç oyun

13:49

“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri

13:31

"Liverpul" və "Arsenal" istəyir, PSJ yox deyir

13:03

AFFA rəsmisinə növbəti təyinat

12:50

Ən çox cəzalanan komanda və futbolçu

12:28

MPL-in ən yaşlı və gənc futbolçusu

12:02

Qazaxıstanda iki medal

11:49

Bakıda Çempionlar Gecəsi keçiriləcək

11:31

6 qat Fransa çempionuna ağır sanksiya

11:01

Mbappe Messini geridə qoydu

10:50

PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

10:29

40 ildən sonra

10:01

Ronald Kuman istefa verdi

09:45

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

09:15

DÇ-2026: Meksika rəqibinə şans vermədi

09:00

Fransa darmadağınla 1/8 finalda

00:28

Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ

23:58

“Neftçi”nin rəqibləri müəyyənləşdi

23:36

Ölkə çempionatına yekun vurulub

22:58

DÇ-2026: Norveç 1/8 finalda

22:31

UEFA “Fənərbaxça”nı cərimələdi

21:34

“Səbail”dən növbəti transfer - RƏSMİ

21:34

“Zirə” Türkiyə klubuna məğlub oldu

20:57

Cüdoçularımızdan Avropa Çempionatında daha iki medal

20:32

Braziliya millisinin üzvü Niderland klubunda

20:13

DÇ-2026: Fildişi Sahili - Norveç - HEYƏTLƏR

19:32

Fərid Qayıbov ”UFC Fight Night“da çıxış edən Azərbaycan idmançıları ilə görüşüb

19:15

“İnter”də üç ayrılıq - RƏSMİ

18:48

Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib

18:23

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

İtaliya nəhənginin istədiyi müdafiəçi

17:41

Bölgə təmsilçisindən "Səbail"ə

17:25

"Sabah"da ayrılıq - RƏSMİ

17:16

I və II Liqanın başlayacağı tarix

17:07

PSJ-də yeni müdafiəçi

16:49

İbrahimoviç Kumanı sərt tənqid etdi

16:27

"Neftçi" hazırlığın ikinci mərhələsinə start verdi

16:06

İtaliya klubunda ayrılıq

15:50

Millimizin futbolçuları məşqçiliyə başlayır

15:28

"Monako"nu İngiltərəyə dəyişirlər

15:05

"Bravo"dan "Qəbələ"yə transfer - RƏSMİ

14:48

Millilərimiz EEVZA çempionatında

14:30

Asim Xudiyevə UEFA-dan təyinat

14:04

Braziliyalı oyunçu Gəncə klubunda - RƏSMİ

13:50

Ölkədə istirahət günü elan edildi

13:29

Azərbaycanda şəhərin iki klubu birləşdirildi

13:03

Naqelsman: "İstefa vermirəm"

12:49

15 milyon avroluq tələb