20:02 29.03.2026 40

Ayxan Abbasov: “Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır”

Azərbaycan millisi "FIFA Series - 2026" turnirində Syerra Leone yığması ilə qarşılaşacaq.


Sport1.az xəbər verir ki, matçdan öncə komandamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.


"Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqib isə ilk matçını keçirəcək. Bu mənada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyəcəyik. Rəqib bu dəfə fərqlidir. İlk rəqibdən reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyət gəlib. Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Hazırıq".


- İlk oyunda yağışın yağması meydançaya təsir göstərib. Bu sizi nə dərəcədə narahat edir?
- Hava və meydança ağır idi. Amma rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı.


- Canni De Byazinin inancı var idi ki, oyunları udduqdan sonra mətbuat konfransına Emin Mahmudovla gəlirdi. Siz niyə belə etmədiz?
- Millidə olandan bu yana, istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsinlər. Sizlərin qarşısında olması, danışması vacibdir. Hər oyunda bunu dəyişirik. Belə inanclarımız da yoxdur.

- Syerre-Leona millisi haqda çox şey bilmirik. Bu komanda hansı üslubda oynayır, kimdən çəkinmək lazımdır, bilmirik. Onlar haqda nə deyəcəksiz?
- Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqddə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla oynayırlar, texnikalıdırlar. Yaxşı oyun olacaq.


- Sent-Lüsiya ilə oyuna sonradan meydana daxil olanlardan kimlərə sabah əsas heyətdə şans verəcəksiz?
- Heyətdə dəyişiklik olacaq. Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Klubdan fərqli, ən yaxşılar buradadır. Rəqibə görə də düşünəcəyik.


- Köməkçilərinizi Litva və ya Lixtenşteynin görüşlərinə göndərmisiz?
- Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenxşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bu dəqiqə özümüzlə vəziyyətə düzgün qərar versək...Bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçularımız milliyə yaxşı performansda olsalar, qalib gəlmək istəyirik.


- Sabah bərabərlik qeydə alınarsa, bunu uğurlu hesab etmək olar?
- Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FİFA-dır. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçuların oyuna yanaşması düz idi.


- Qələbə sizin özünüz üçün nə qədər vacibdir?
Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Ən yaxşı ilimiz ola bilər.


- Bir dəfə demişdiz ki, müqaviləniz U-21-də fəaliyyətinizə əsasən davam edir. AFFA bu haqda ətraflı açıqlama verilməyib. Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir göstərəcək? "Şamaxı"nın baş məşqçi axtarışına çıxdığı xəbərləri dolaşır...
- Klubla yayda müqaviləmiz bitir. Mili ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzakirə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək.


- Bir müddət millimiz daha çox güc etibarı özünə yaxın rəqiblərlə oynayacaq. Sonradan Avropa çempionatının seçmə mərhələsində daha güclü komandalarla oynamağa yadırğamayacaqsızki?
- Yox. Məncə, problem olmaz. Biz ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq elə iki illik stressə bəs edir(gülür). Kənardan asan gələ bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Zəif rəqiblər deyil. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Bir çox rəqiblərlə danışırdıq. Amma rəqib də səni seçməlidir. Futbolçularımız avrokuboklarda, ÇL-də oynayacaqlar. Futbolçular boş dayanmırlar. Allah qoysa, problem olmaz.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

21:58

Qarabağdakı kardinal dəyişikliklərin səbəbi budur - MÜTƏXƏSSİS RƏYİ

21:58

Qarabağdakı kardinal dəyişikliklərin səbəbi budur - MÜTƏXƏSSİS RƏYİ

21:13

“Sabah”dan növbəti transfer - RƏSMİ

20:57

Millimiz Tacikistanı məğlub etdi

20:33

Yığmamızın ev oyunlarının məkanları açıqlanıb

20:13

“Sabah”dan ayrıldı - RUSİYA KLUBUNA KEÇDİ

19:52

Diniyev “Kəpəz”də - ÖZÜ AÇIQLADI

19:23

DÇ-2026: İngiltərə - Konqo - HEYƏTLƏR

18:58

Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

18:26

“Neftçi” səfər formasını təqdim etdi

18:00

Gəncə təmsilçisində yeni müqavilə

17:50

Tanınmış futbolçu klubsuz qaldı

17:31

Niderland millisi Arne Slota tapşırılır?

17:26

"Şəfa"dan ilk legioner transferi - RƏSMİ

17:07

"Beşiktaş"da ayrılıq - RƏSMİ

16:50

"Qarabağ" böyük hesabla uduzdu

16:29

Klub tarixinin transfer rekordu

16:15

İdmançılarımızın yeni reytinqi - SİYAHI

16:06

"Liverpul"dan transfer - RƏSMİ

15:47

"Barselona"da yeni müqavilə - RƏSMİ

15:31

Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina etdi

15:05

Millimizin oyunlarından biri Bakıda, digəri Gəncədə

14:50

17 qolsuz oyun

14:27

UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi

14:04

Dünya çempionatında 1/8 final üçün daha üç oyun

13:49

“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri

13:31

"Liverpul" və "Arsenal" istəyir, PSJ yox deyir

13:03

AFFA rəsmisinə növbəti təyinat

12:50

Ən çox cəzalanan komanda və futbolçu

12:28

MPL-in ən yaşlı və gənc futbolçusu

12:02

Qazaxıstanda iki medal

11:49

Bakıda Çempionlar Gecəsi keçiriləcək

11:31

6 qat Fransa çempionuna ağır sanksiya

11:01

Mbappe Messini geridə qoydu

10:50

PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

10:29

40 ildən sonra

10:01

Ronald Kuman istefa verdi

09:45

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

09:15

DÇ-2026: Meksika rəqibinə şans vermədi

09:00

Fransa darmadağınla 1/8 finalda

00:28

Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ

23:58

“Neftçi”nin rəqibləri müəyyənləşdi

23:36

Ölkə çempionatına yekun vurulub

22:58

DÇ-2026: Norveç 1/8 finalda

22:31

UEFA “Fənərbaxça”nı cərimələdi

21:34

“Səbail”dən növbəti transfer - RƏSMİ

21:34

“Zirə” Türkiyə klubuna məğlub oldu

20:57

Cüdoçularımızdan Avropa Çempionatında daha iki medal

20:32

Braziliya millisinin üzvü Niderland klubunda

20:13

DÇ-2026: Fildişi Sahili - Norveç - HEYƏTLƏR

19:32

Fərid Qayıbov ”UFC Fight Night“da çıxış edən Azərbaycan idmançıları ilə görüşüb

19:15

“İnter”də üç ayrılıq - RƏSMİ

18:48

Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib

18:23

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

İtaliya nəhənginin istədiyi müdafiəçi

17:41

Bölgə təmsilçisindən "Səbail"ə

17:25

"Sabah"da ayrılıq - RƏSMİ

17:16

I və II Liqanın başlayacağı tarix

17:07

PSJ-də yeni müdafiəçi

16:49

İbrahimoviç Kumanı sərt tənqid etdi

16:27

"Neftçi" hazırlığın ikinci mərhələsinə start verdi

16:06

İtaliya klubunda ayrılıq

15:50

Millimizin futbolçuları məşqçiliyə başlayır

15:28

"Monako"nu İngiltərəyə dəyişirlər

15:05

"Bravo"dan "Qəbələ"yə transfer - RƏSMİ

14:48

Millilərimiz EEVZA çempionatında

14:30

Asim Xudiyevə UEFA-dan təyinat

14:04

Braziliyalı oyunçu Gəncə klubunda - RƏSMİ

13:50

Ölkədə istirahət günü elan edildi

13:29

Azərbaycanda şəhərin iki klubu birləşdirildi