00:39 22.01.2026 205

"Biz bir səhv daha çox etdik və uduzduq" - "Ayntraxt"ın baş məşqçisi

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin növbəti oyununda bu gün Bakıda “Ayntraxt”ı qəbul edib.


Sport1.az xəbər verir ki, qarşılaşma təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Oyundan sonra Frankfurt klubunun baş məşqçisi Dennis Şmitt mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


"Təbii ki, oyundan sonra üzüldük. Erkən qol buraxdıq, qalib gəlmək istəyirdik. Yaxşı başlamadıq. Amma sonradan yaxşı reaksiya göstərdik, toparlandıq. Hesabı bərabərləşdirdik.Hər iki komandanın şansları var idi. Fasilədə müəyyən məsələləri danışdıq, taktikanı dəyişdik. Gördük ki, “Qarabağ” 2-ci hissədə pressinq edirdi, hücuma keçirdi. Hesabda irəliyə də keçdik, amma “Qarabağ” dərhal hesabı bərabərləşdirdi. 2:2-dən sonra oyuna nəzarət edirdik. Amma “Qarabağ” yenə hücumlar etdi. Çox çalışdıq ki, intizamlı oynayaq. Bu oyundan pozitiv məqamları götürüb, analiz edəcəyik".


- “Ayntraxt” bu mövsüm açıq futbola üstünlük verir. Bundesliqada ən çox qol vuran və ən çox qol buraxan komandadır. “Qarabağ”a uduzduqdan sonra komandada qalacaqsız? Bu işin öhdəsindən gəlmədiyinizi düşünürsüz?


- Söhbət məndən getmir. Mən klubda qalacam. Əsas bu gün atdığımız addımlar, cəhdlər idi. Sabah analizlər edəcəyik, buraxdığımız səhvləri danışacağıq. Söhbət ondan gedir ki, gələcəkdə yaxşı oyunlar göstərib, yaxşı nəticələr qazanaq.


- “Qarabağ” ilk dəfə Almaniya klubunu məğlub etdi. Bu uğursuzluqda ilk olmaq sizin üçün nə deməkdir?


- Mən yalnız öz oyunumuz haqda danışa bilərəm. Biz gördük ki, komanda çox intizamlı oynayırdı, çox istəkli idi. Biz bir səhv daha çox etdik və uduzduq.


- Komanda inamsız görünürdü. Növbəti matçlarda daha inamlı olmaq üçün hansı addımları atacaqsız?


- Fikrinizə hörmətlə yanaşıram. Amma mən intizamlı, inamlı oynayan komanda gördüm. Deməzdim ki, bu oyunda inamsız və zəif göründük. Hazırlaşmaq üçün az vaxtımız var idi. 75-ci dəqiqədə öndə idik. Sonradan baş verənlər göstərir ki, hardasa səhv etdik.


- Hər vurulan qoldan sonra qol buraxırdınız. Bu nə ilə əlaqədardır?


- Dərhal bir söz deyə bilmərəm, analizdən sonra danışmaq olar. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik. Öz oyunumuzu oynayırdıq. Səhvlər buraxmışıqsa, analiz edəcəyik. Bu məğlubiyyət futbolçuların əhvalını korladı. Onlar psixoloji olaraq narahatdırlar. Amma analizdən sonra, 5-ci günkü məşqdə pozitiv məqamları nəzərə alıb, fokuslanacağıq ki, qarşıdakı matçlarda Bakıdakı səhvləri buraxmayaq. Potensialımız var.


- Siz özünüz komandada qalacaqsız? Növbəti addımlar necə olacaq?


- Mənim üçün maraqlı deyil şəxsi işimi düşünmək. Əsas işim komandanı toplayıb, növbəti oyuna hazırlaşdırmaq idi. Üç gün vaxtım var idi. Səmərəli istifadə etdik. Göstərdiyimiz oyun da bunu deyir. Şənbə günü də komandanı baş məşqçi kimi meydana mən çıxaracam.


- Azərbaycan klubuna məğlubiyyəti Almaniyada böyük faciə ilə qarşılayacaqlar?


- Xeyr, faciə deyil. Bura Çempionlar Liqasıdır, bütün komandalar yüksək keyfiyyətlidir. Meydanda iki güclü komanda var idi, hər ikisi mübarizə aparırdı. Uduzmuşuqsa, o demək deyil ki, potensialımız yoxdur.


- Oyunöncəsi Bakıda məşq etməməyinizin oyununza təsiri oldu?


- Bunun oyuna heç bir təsiri yoxdur. Ona görə qərarımızdan peşman deyilik.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

21:06

İslandiya Futbol Federasiyasının uğurlu layihəsi olan "Qarabağ"ın rəqibi - YAZI

20:45

Qurban Qurbanov: “Yaxşı hazırlıq keçməliyik”

20:17

“Zirə” Konfrans Liqasında Gürcüstan klubu ilə üz-üzə gələcək

20:05

"Sabah" bu rəqibi keçməlidir - YAZI

19:57

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

19:48

“Qarabağ” bu futbolçunun transferini rəsmən açıqladı

19:14

AL: “Qarabağ”ın rəqibi müəyyənləşdi

18:46

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

18:12

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi BƏLLİ OLDU

18:00

68 ildən sonra ilk dəfə

17:30

Dünya çempionatından sonra "Liverpul"a qayıdacaq

17:07

İspaniya millisinin hücumçusundan antirekord

16:49

Millimiz FIFA reytinqində gerilədi

16:29

İdmançımız Çinə yollandı

16:06

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

15:50

Cavid Hüseynov: "Məsuliyyətimizi anlayırıq"

15:31

40 yaşlı qapıçıdan unikal rekord

15:05

Fernando Muslera tarixə düşdü

14:54

"Araz-Naxçıvan" baş məşqçisini açıqladı - RƏSMİ

14:47

London klubunun istədiyi yarımmüdafiəçi

14:26

Millidə yeni baş məşqçi

14:04

Avtoqol sayı artdı

13:30

Federasiyada yeni komitə yaradıldı

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir