
Bir müddət əvvəl FIFA tərəfindən “Neftçi” klubuna transfer qadağası tətbiq olunduğu kimi, indi də “Qarabağ” eyni cəza ilə üzləşib.
Sport1.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Ağdam təmsilçisinə qarşıdakı üç transfer pəncərəsi ərzində yeni futbolçu transfer etmək qadağan olunub.
Hazırda cəzanın hansı səbəbdən tətbiq edildiyi açıqlanmayıb.