
FİFA "Neftçi"yə transfer qadağası tətbiq edib.
Sport1.az xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında yer alıb.
Sanksiya 5 may 2026-cı il tarixindən qüvvəyə minib. Qərar paytaxt təmsilçisinə növbəti 3 "transfer pəncərəsi" ərzində yeni futbolçu qeydiyyatdan keçirməyi qadağan edir.
Qadağa həm daxili, həm də beynəlxalq transferləri əhatə edir. Klub rəhbərliyi yaranmış borcu və ya hüquqi problemi həll edəcəyi təqdirdə, sanksiyanın vaxtından əvvəl götürülməsi mümkündür. Qərarın hansı səbəbdən verildiyi ilə hansısa məlumat yoxdur.
Qeyd edək ki, "Neftçi" məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.