
FİFA-nın "Neftçi"ni cəzalandırmasının səbəbi bilinib.
Sport1.az" xəbər verir ki, "ağ-qaralar"ın Alessio Kurçinin sabiq klubu olan "Frank Boren"ə transfer ödənişi texniki səbəbdən bir neçə gün gecikib. Bu səbəbdən də ali futbol qurumu flaqmanın adını "qırmızı siyahıya" daxil edib və qarşıdakı 3 transfer pəncərəsi ilə bağlı qadağa qoyub.
Lakin "Neftçi" artıq ödənişin edildiyi ilə bağlı sənədləri FİFA-ya təqdim edib. Bu səbəbdən də qadağa tezliklə götürüləcək.
Məsələ ilə bağlı Bakı təmsilçisinin rəsmi mövqeyini təqdim edirik:
"Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu "qırmızı siyahı"ya salır və qadağa gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq tərəfimizdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".