İdmançıların diqqətinə: Bunlar DOPİNQDİR

Bölmə adı Digər
Yayımlandı 29-12-2025, 14:43


Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün hazırladığı Qadağan edilmiş maddələr və üsullar siyahısının tətbiq tarixi açıqlanıb.



Sport1.az xəbər verir ki, sözügedən sənəd 1 yanvar 2026-cı ildən etibarən qüvvəyə minəcək.


Qeyd edək ki, material Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılıb.


Eyni zamanda, sənəddə edilən əsas dəyişikliklərin xülasəsi, eləcə də 2026-cı il üçün nəzərdə tutulan monitorinq proqramı da tərcümə olunaraq AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.


Məlumata görə, sənəd üç əsas bölməni əhatə edir: hər zaman qadağan olunan maddələr və üsullar, yalnız yarış dövründə qadağan edilən maddələr və üsullar, həmçinin müəyyən idman növləri üçün xüsusi məhdudiyyətlər tətbiq edilən maddələr.


2026-cı il üçün qadağan edilmiş maddələrlə bağlı tam siyahı və detallı məlumatlar buradan əldə edilə bilər.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR