Vinisius Ronaldonun rekordunu qırdı

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 17-04-2025, 12:58

İspaniya "Real" klubunun futbolçusu Vinisius Junior komandanın rekordçusu olub.

Sport1.az xəbər verir ki, 25 yaşlı hücumçu braziliyalılar arasında "kral klubu"nun bombardiri adına yiyələnib.

O, buna UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Arsenal"la cavab oyununda (1:2) fərqlənməklə nail olub. Junior 105 qolla əfsanəvi Ronaldo Nazarionu keçib.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən "Real Madrid"in şərəfini qoruyur. O, cari mövsüm ərzində meydana çıxdığı 46 oyunda 21 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Müəllif: Sport1.az