son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

"İmişli"dən Premyer Liqa ilə bağlı BƏYANAT

Bölmə adı I Liqa
Yayımlandı 9-03-2025, 20:34

"Son zamanlar müəyyən mətbuat orqanlarında və sosial mediada "İmişli" PFK haqqında bir neçə həqiqəti əks etdirməyən, silsilə məlumatlar paylaşılmış və çap etdirilmişdir. Ən son olaraq isə "Mingəçevir" FK ilə keçirilmiş oyundan sonra müəyyən KİV-lərdə "İmişli"nin Premyer Liqada oynamaqdan imtina etməsi ilə bağlı yalan, heç bir əsası olmayan və təəssüfedici məlumatlar dərc edilmişdir".

Sport1.az xəbər verir ki, I Liqada mübarizə aparan "İmişli" klubu bəyanat yayıb.

Bəyanatda klub futbol ictimaiyyəti və azarkeşlərinə müraciət edərək Premyer Liqada iştirakdan imtina etməsinə dair yazılanların həqiqətləri əks etdirmədiyini qeyd edib:

"Klub olaraq, rəhbərlik, məşqçilər korpusu, futbolçu heyəti və bütün işçi qrupu məhz bu mövsüm üçün Misli Premyer Liqasına yüksəlmək üçün əlimizdən gələni etdiyimizə və sona qədər mübarizə aparacağımıza dair sizə zəmanət veririk. "İmişli" PFK hər bir oyuna yalnız qələbə qazanmaq üçün çıxır və sizləri əmin edə bilərik ki, bu daim yalnız və yalnız belə olacaq. Onu da nəzərinizə çatdırmaq istərdik ki, keçən futbol mövsümü Premyer Liqa lisenziyasını təmin etmiş və bu mövsüm I liqada çıxış edən yalnız 2 klubdan biriyik. Bu mövsüm də lisenziya alınması istiqamətində ciddi işlər gedir və lisenziyanı əldə edəcəyimizə əminik.

Eyni zamanda sizlərə bildirmək istərdik ki, son turdakı oyunda baş verənlərlə bağlı peşəkar araşdırılmanın aparılması ilə bağlı AFFA baş katibliyinə, Hakimlər Komitəsinə və PFL-ə rəsmi müraciətlər edilmişdir. Bu məsələ klub rəhbərliyinin tam diqqətindədir.

"İmişli" Peşəkar Futbol Klubu hər zaman ictimaiyyətə kifayət qədər açıq olmuş və bundan sonra da belə olacaq. Buna heç kəsin şübhəsi olmasın. Uzun fasilədən sonra böyük futbolu İmişliyə qaytaracağımıza bizi dəstəkləyənlərin və azarkeşlərimizin heç şübhəsi olmasın. Aran zonasını 2025/2026 mövsümündən etibarən Misli Premyer Liqasında ən yüksək şəkildə təmsil edə bilməyimiz yalnız siz ictimaiyyətin və dəyərli azarkeşlərimizin sona qədər dəstəyi ilə mümkün olacaq. Sizləri yalnız rəsmi bəyanatlara inanmağa çağırırıq".


Qeyd edək ki, "İmişli" son turda öz meydanında "Mingəçevir"ə 0:1 hesabı ilə uduzub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR