ABL-də əcnəbi hakimlər

Bölmə adı ABL / Manşet
Yayımlandı 12-04-2025, 13:30

Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.

Bu barədə Sport1.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.

Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması, gənc hakimlərimiz üçün də canlı təcrübədir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR