son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Avropa nəhəngləri Çempionlar Liqasında bu dəyişikliyin edilməsini istəyirlər - İDDİA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 5-03-2026, 09:47

Çempionlar Liqasında format dəyişikliyi ola bilər.


Sport1.az xəbər verir ki, Avropanın ən güclü futbol klubları turnirdə komandaların heyətini 28 oyunçuya qədər genişləndirməyi təklif edirlər. Məlumatı "The Guardian” nəşri yayıb.


Bu təklif UEFA-nın klub yarışları komitəsinin iclasında səsləndirilib. Bəzi Avropa nəhənglərinin nümayəndələri hesab edirlər ki, heyətdəki oyunçuların sayının artırılması futbolçuların üzərindəki iş yükünü azaltmağa kömək edəcək. Bu da zədə hallarının azalmasına və matçların rəqabət qabiliyyətinin artmasına səbəb olacaq. 


Lakin komitədəki 16 klubdan bəziləri bu cür dəyişikliklərə qarşıdır. Onlar hesab edirlər ki, heyətin genişləndirilməsi istedadlı oyunçuların ən yaxşı klublara köçməsinə səbəb olacaq. Bu da Avropa futbolunda rəqabətə mənfi təsir göstərəcək və ilk beşlikdən kənar liqaların gəlirlərinin azalmasına səbəb olacaq.


Qeyd edək ki, müzakirədən sonra bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib. 

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR