son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Prestianni etiraf etdi: “Vinisiusa meymun dedim”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 26-02-2026, 22:25

“Benfika”nın futbolçusu Canluka Prestianni ilə bağlı qalmaqallı iddia yayılıb.


Sport1.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu Çempionlar Liqasının pley-off mərhələsində “Real”a qarşı keçirilən ilk oyunda Vinisius Juniora ünvanladığı sözlərlə bağlı komanda yoldaşlarına etiraf edib.


Mənbənin məlumatına görə, Prestianni qarşılaşma zamanı rəqib futbolçuya “meymun” ifadəsini işlətdiyini bildirib. Bununla belə, o, dediklərində irqi motiv olmadığını əsaslandırmağa çalışıb və sözlərinin rasizm kontekstində anlaşılmamalı olduğunu vurğulayıb.


Xatırladaq ki, sözügedən epizoddan sonra matçın ikinci hissəsində oyun qısa müddətə dayandırılmışdı. Vinisius Junior rəqib futbolçunun onu təhqir etdiyini iddia etmişdi. Həmin anda Prestianninin ağzını forması ilə örtməsi diqqət çəkmişdi.


UEFA argentinalı futbolçunu istintaq müddətində müvəqqəti olaraq diskvalifikasiya edib. Hazırda qurum məsələ ilə bağlı araşdırmanı davam etdirir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR