
Səudiyyə Ərəbistanı futbol ictimaiyyəti kədərli xəbərlə sarsılıb.
Sport1.az xəbər verir ki, “Əl-Qadisiya”nın gənc futbolçusu Turki əl-Səid vəfat edib. Bu barədə ölkə futbol qurumları məlumat yayıb.
16 yaşlı müdafiəçinin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Yerli mənbələr isə onun yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirdiyini bildirir.
Gənc oyunçunun vaxtsız itkisi futbol ictimaiyyətində dərin hüznlə qarşılanıb.